V sinifdə Ana dilindən açıq dərs keçirildi - Müəllim Hüseynova Günel

Məktəbin 2016-2017-ci tədris ilinin fəaliyyət planına əsasən dekabr ayında məktəbdə “Azərbaycan dili aylığı” keçirilir. Aylıq çərçivəsində məktəbimizdə keçirilən ilk açıq dərs Azərbaycan dili və ədəbiyyat müəllimi Hüseynova Günelin 5 c sinfində “Suyun haqqı suya ”, Leksik və Qrammatik şəkilçilər mövzusunda dərsi olmuşdur. Açıq dərsin keçirilməsi prosesində məktəbin direktoru Mikayılov Şakir, Təlim-tərbiyə işləri üzrə direktor müavini Böyükkişiyeva Kəklik, Tərbiyə işləri üzrə direktor müavini Rəhimova Sevda, dil-ədəbiyyat müəllimi Musayeva Sevda, ibtidai sinif müəllimi İsmayılova Pərvanə, məktəbin psixoloqu Qəhrəmanova Röya iştirak etmişdir. Müəllim özünün hazırladığı əyani vəsaitlərdən istifadə edərək mövzunu şagirdlərin bilavasitə iştirakı ilə inteqrativ şəkildə izah edib. Daha sonra müəllim şagirdlərin mövzunu necə qavramasını yoxlamaq məqsədilə onlara konkret suallar verib və dərsin gedişatı prosesində nəticələri qiymətləndirib. Açıq dərs zamanı şagirdlərin dəftərlərinə də baxış keçirilib, onlara verilən tapşırıqların öhdəsindən necə gəldiklərinə ciddi nəzarət edilib. Açıq dərsdən sonra məktəb rəhbərliyinin və dərsdə iştirak edən pedaqoji heyətin iştirakı ilə açıq dərsə həsr olunmuş müzakirə keçirilib. Müzakirə prosesində dərs dinləmədə iştirak edən məktəb rəhbərliyi və həmkarları Günel müəllimənin bacarıqlı, təcrübəli, zəhmətkeş olduğunu vurğulayıb, dərslərin keyfiyyətinin daha da yüksəldilməsi üçün təklif və tövsiyələrini veriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi