Məktəbimizdə “Açıq dərs” layihəsi uğurla həyata keçirildi

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bilik günündə Bakı şəhəri 148 nömrəli məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası barədə” Azərbaycan Respublikasının Təhsil nazirinin 19 oktyabr 2015-ci il tarixli əmrinin icrasını təmin etmək məqsədilə Bakı Şəhər Təhsil idarəsinin göstərişi ilə Bakı şəhərinin 12 rayonu üzrə təhsildə uğurlu nəticələr əldə etmiş ən qabaqcıl, yüksək nailiyyətlər qazanmış məktəblərdə “Açıq dərs” layihəsinin həyata keçirilməsinə başlanılıb. Layihənin həyata keçirilməsinin məqsədi qabaqcıl müəllimlərin öz zəngin təcrübələrini digər həmkarları ilə bölüşməsi, uğurlu, məhsuldar təcrübənin yayılmasıdır. Bu məqsədlə məktəbimizdə 24. 05. 2016-cı il tarixində proqrama uyğun olaraq “Açıq dərs” layihəsi yüksək səviyyədə həyata keçirilib. Açıq dərslər başlamazdan əvvəl Pirallahı rayonu üzrə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorlarnın və müəllimlərin iştirakı ilə iclas keçirilib. İclasda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri də iştirak edib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mikayılov Şakir qonaqları salamladıqdan sonra məktəbin son illərdə əldə etdiyi uğurlardan söz açıb. Bildirmişdir ki, son illərin keyfiyyət göstəricisinə, qəbul faizinə görə məktəbimiz öz ənənəsinə sadiq qalaraq hər zaman olduğu kimi bu dəfə də liderliyini qoruyub saxladığı üçün bu layihə çərçivəsində Pirallahı rayonu üzrə ən qabaqcıl, ən nümunəvi məktəb olaraq seçilmişdir. Çıxışlardan sonra məktəbimizin qabaqcıl müəllimləri V sinifdə informatika müəllimi Süleymanova Səmayənin, VII sinifdə riyaziyyat müəllimi Nadirova Vəfanın, VIII sinifdə fizika müəllimi Gəncəliyeva Elmiranın riyaziyyyat, fizika və informatika fənləri üzrə açıq dərsləri keçirilib. Açıq dərslər V-VIII siniflər üzrə kurikulumun tətbiq edildiyi siniflərdə həyata keçirilib. Açıq dərslər bitdikdən sonra hər fənn üzrə ayrılmış otaqlarda açıq dərslərin müzakirəsi keçirilib. Müzakirə zamanı müəllimlər arasında fikir mübadiləsi aparılaraq açıq dərsi aparan müəllimlərin məqsədlərinə nail olub olmadığı barədə araşdırma aparılıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi