“1992 - ci il Şuşa şəhərinin işğalı” mövzusunda dəyimi masa keçirildi

06.05. 2016-cı il tarixində Pirallahı rayonu 168 N-li tam orta məktəbdə “1992-ci il Şuşa şəhərinin işğalı” mövzusunda dəyimi masa keçirildi. Tədbirdə məktəbin direktoru Mikayılov Şakir, tədris işləri üzrə direktor müavini Kəklik Böyükkişiyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Sevda Rəhimova, məktəbin tarix müəllimləri Səkinə Sadıxova və Aygün Zeynalova iştirak etdilər. Tədbiri ulu öndərimiz Heydər Əliyevin “Şuşa Azərbaycanın ən əziz və böyük taixi olan bir guşəsidir” kəlamı ilə başlayan məktəbin dil-ədəbiyyat müəllimi Alxasova Sevda şagirdlərə Şuşa şəhəri haqda ətraflı məlumat vermişdir. Daha sonra müəllim məktəbin şagirdləri Əzimə Mustafayeva, Tükəzban Qasımova, Fərqanə Kərimova, Günel Kərimova, Fatimə Məmmədova ilə debat şəklində müzakirə quraraq informasiya mübadiləsi aparmış, qədim Şuşa haqqında məlumat verərək - Şuşanın tarixi məhəllələri, məscidləri, burada anadan olan tarixi şəxsiyyətlər, mədəniyyət xadimləri haqqında fikirləri qeyd etmişdir. Məmmədova Fatimə I Qarabağ müharibəsi zamanı Şuşada qəhrəmancasına vuruşub həlak olan yəhudi əsilli Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunoviç Aqarunov haqqında məlumat verdi. Daha sonra Albert Aqarunov haqqında video çarx nümayiş etdirildi. Qasımova Tükəzban işğal nəticəsində Şuşadakı bir sıra tarixi –mədəniyyət abidələrinin düşmən tərəfindən talan edilməsini ətraflı şərh etmişdir. Tədbirin yekununda çıxış edən məktəbin direktoru Mikayılov Şakir ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi zamanda da Qarabağa çox böyük diqqət və qayğı göstərməsindən, ermənilərin bunun nəticəsində hər zaman iflasa uğramasından söz açmış, Heydər Əliyevin Dağlıq Qarabağın tarixini, coğrafiyasını, iqtisadiyyatını, orada yaşayanların düşüncələrini gözəl bildiyini vurğulayaraq ulu öndərimizin hələ Azərbaycan SSR DTK-nın sədri olarkən erməni millətçilərinin ərazi iddialarının qarşısını qətiyyətlə almasından söhbət açaraq çox maraqlı faktlar səsləndirmişdir. Tədbir Tünzalə Ağayevanın Şuşa haqqında balladasının səsləndirilməsindən sonra yekunlaşmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi