Bullinqlə bağlı maarifləndirici söhbət aparılıb

     Dekabrın 2-də məktəb-liseydə bullinq və onun qarşısının alınması istiqaməti üzrə 5-11-ci sinif şagirdləri ilə “Bullinq” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə çıxış edən məktəb-liseyin Təşkilati işlər üzrə direktor müavini İlahə Haqverdiyeva, fizika müəllimi Ülviyyə Eyvazova və məktəb-liseyin UBTR-i Bəsti İmanova sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaq, müəyyən həll yollarını göstərmək məqsədilə keçirilən təqdimatda bullinqin mənası, onun hansı növləri və kimlərin bullinq riski altında olduğu haqqında geniş məlumat verib. Əvvəlcə mövzuyla bağlı videoçarx nümayiş olunub, şagirdlərin video haqqında fikirləri dinlənilib. Qarşılıqlı diskusiya şəraitində keçən tədbirdə şagirdləri maraqlandıran suallara cavab verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi