Qarabağ Azərbaycandır və nida işarəsi
Prezident İlham Əliyevin “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” çıxışından sonra Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi 2019-cu il oktyabrın 7-dən “Qarabağ Azərbaycandır və nida işarəsi” Beynəlxalq Gənclər Kampaniyasına start verib. Məktəb-liseyin 3C sinfinin şagirdləri və sinif rəhbəri Arifə Vəliyeva da kampaniyaya qoşularaq öz dəstəklərini bildiriblər.
Qeyd: xəbər barədə videoçarxı saytımızın Media >>> Videolar bölməsindən izləyə bilərsiz.