Bayraq günü münasibətilə ibtidai siniflərdə silsilə tədbirlər keçirilib
Məktəb-liseyin ibtidai siniflərində ilk dərslər "Dövlət Bayrağı Günü"nə həsr edilib. Şagirdlərdə milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və vətənə məhəbbət hissini yüksəltmək məqsədilə keçirilən bu tədbirlərdə bayraq, vətən şeirləri səsləndirilib, mahnılar ifa olunub.