Uşaq hüquqları konvensiyası ilə bağlı seminar keçirilib

Məktəb-liseydə "Uşaq hüquqları konvensiyası" ilə bağlı 6b sinfi və Könül Həsənovanın təşkilatçılığı ilə seminar keçirilib. Seminarda şagirdlərə insan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.