“Təbiəti qoruyaq-gələcəyi qoruyaq” layihəsindən növbəti təşəbbüs

     Hazırda ətraf mühiti çirkləndirən əsas faktorlardan biri də plastik qablaşdırma tullantılarıdır. Bir çox inkişaf etmiş ölkələrdə plastik qablaşdırıcılardan istifadənin azaldılması istiqamətində müvafiq qanunvericilik bazası yaradılır, onların toplanması və təkrar emalı sistemi təkmilləşdirilir. Azərbaycanda da plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi baxımından onların səmərəli idarə olunması ilə bağlı tədbirlər görülür. Biz də bu yöndə məktəb-lisey olaraq “Təbiəti qoruyaq-gələcəyi qoruyaq” layihəsinə start vermişik. Bu layihənin qarşısında “Ətraf mühitin çirklənməsinin qarşısını almaq”, “Plastik tullantılardan səmərəli istifadə etmək” kimi mühim məsələlərin həlli durur. ​

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi