“Təbiəti qoruyaq - gələcəyi qoruyaq” layihəsinə start verilib

Məktəb-liseydə plastik tullantıların toplanması və təkrar emalına həsr olunmuş “Təbiəti qoruyaq - gələcəyi qoruyaq” layihəsinə start verilib. Bu layihə çərçivəsində "Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri və alternativ qablaşdırma meteriallarından istifadənin əhəmiyyəti haqqında" şagirdlərlə maarifləndirici söhbətlər aparılıb. Məktəb-liseydə plastik tullantılar üçün xüsusi çeşidləmə qutuları yerləşdirilib. Şagirdlər istifadə etdikləri plastik qabları plastik tullantılar üçün ayrılmış qutuya ataraq layihəyə ilk başlanğıcı ediblər.