Kitab - təfəkkürün yorulmayan qanadlarıdır

Məktəb-liseyin kitabxanasında fonda yeni daxil olmuş bədii ədəbiyyatlarla yuxarı sinif şagirdlərinin tanışlığı təşkil olunub. Nəfis tərtibatlı kitabları şagirdlər böyük maraqla nəzərdən keçirərək bir-birindən maraqlı türk, fransız, ingilis, rus, alman, yapon, italyan və s. yazıçıların həyat və yaradıcılığı haqqında məlumat alıblar. Sonda kitablar mütaliə etmək üçün şagirdlərin ixtiyarına verilib.