“Narkomaniya və onun acı sonluğu”, "İnsan alverinə son" mövzusunda mühazirə

    Oktyabrın 1-də məktəb-liseydə Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə və İctimai Təhlükəsizlik  İdarələrinin  təşkilatçılığı və Qaradağ RPİ-nin aidiyyəti əməkdaşları ilə birlikdə “Narkomaniya və onun acı sonluğu”, "İnsan alverinə son" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis polkovniki Zaur Fətəliyev, həmin İdarənin əməkdaşı, polis polkovnik-leytenantı Şirəli Babayev, Baş İdarənin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili İdarəsinin rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova 166 nömrəli məktəb-liseyin şagirdlərinə narkomaniyanın fəsadları barədə ətraflı məlumat vermiş, onların suallarını cavablandırmışlar. Tədbirdə insan alveri ilə mübarizə, insan alverinin potensial qurbanları arasında maarifləndirmə və təbliğat işinin təşkil edilməsi, təhsildən yayınan uşaqların aşkar edilməsi, onların tərbiyə edilməsi və təhsil almaları üçün tədbirlərin görülməsi məsələləri də müzakirə edilib. Baş İdarənin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili İdarəsinin rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova bu barədə çıxış edərək bildirib ki, əsas məqsəd insan alverinin qarşısını birgə almaqdan ibarətdir. "Keçirilən tədbirlər nəticəsində insan alverindən əziyyət çəkənlərin ilbəil azaldığı müşahidə olunur", - deyə o bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi