Məktəb-liseydə "Bilik Günü" qeyd olunub

       Sentyabrın 15 - i Azərbaycanda "Bilik Günü" kimi qeyd olunur. Ölkəmizdə yeni tədris ili başlayır. Bu gün ölkəmizin hər bir orta və ali təhsil müəsissələri öz qapılarını yenidən şagird və tələbələrin üzünə açır. Hər il olduğu kimi bu il də məktəb-liseydə “Bilik Günü “nə həsr edilmiş tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi, valideynlər, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və onun müavini Təranə xanım iştirak edib. Tədbiri məktəbin direktoru Şəmsi Qocayev öz çıxışı ilə açıq elan edib. Çıxışının əvvəlində o, ilk növbədə məktəbin keçən ilki nailiyyətlərindən, yüksək nəticə əldə edərək tələbə adı almış məzunlar haqqında fərəh hissi ilə danışıb. Daha sonra Şəmsi müəllim birincilərə, o cümlədən məktəbin müəllim və şagird kollektivinə builki tədris ilində uğurlar arzu edib. Daha sonra valideynlər adından İlahə Məmmədova çıxış edərək bu gün münasibəti ilə bütün müəllimləri, şagirdləri və valideynləri təbrik edib. Tədbirin sonunda birincilər “ Bilik Günü “ nə aid şeirlər səsləndirib, rəqslər ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi