Pedaqoji Şuranın növbəti iclası keçirilib

     13 sentyabr 2019-cı il tarixində 166 nömrəli məktəb-liseyin akt zalında Pedaqoji Şuranın növbəti iclası keçirilib. İclası məktəbin direktoru Şəmsi Qocayev açaraq pedaqoji kollektivi yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, ölkəmizdə aparılan təhsil siyasətindən, dövlətin təhsilə göstərdiyi diqqət və qayğısından ətraflı danışaraq pedaqoji heyətə yeni tədris ilində müvəffəqiyyətlər arzulayıb. Daha sonra direktor iştirakçıları Pedaqoji Şuranın gündəliyi ilə tanış edib. Gündəlikdə olan məsələlər geniş müzakirə olunub və hər bir məsələ haqqında qərar qəbul olunub. Cari il üçün qarşıda duran məsələlər haqqında kollektivə ciddi tapşırıqlar verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi