Məktəb-liseyin şagirdləri XV Avropa Gənclər Olimpiya Festivalında iştirak edib

      Bakıda 21-27 iyul tarixlərində keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində ümumilikdə 49 ümumi təhsil məktəbi üzrə 800-dən çox şagird və müəllim heyətinin iştirakı nəzərdə tutulub. Festivalda 10 idman növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) yarışlar keçirilib. Yarışlarda ölkəmizi paytaxt məktəbliləri təmsil edib. Qeyd edək ki, paytaxt məktəblərində XV Avropa Gənclər Olimpiya Festivalına hazırlıqla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib. 

     Məktəb-liseyin şagirdləri də Su İdman Sarayında keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında iştirak edib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi