Məktəb-liseydə "Yay məktəbi"nə start verilib

        "Məktəblinin dostu" layihəsinin tətbiq olunduğu məktəb-liseydə "Yay məktəbi"nə start verilib. "Yay məktəbi"ndə iyul ayında 5-6-cı sinif şagirdləri, avqust ayı ərzində isə 7-8-ci sinif şagirdləri iştirak edəcək. Qeyd edək ki, “Məktəblinin dostu” Təhsil Nazirliyinin layihəsidir və 2016-cı ilin dekabr ayından fəaliyyət göstərir. Layihə hazırda Bakı şəhərindəki 35 ümumi təhsil müəssisəsində tətbiq olunur. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi