Təntənəli "Son zəng" tədbiri keçirilib

      2018-2019-cu tədris ilinin başa çatması münasibətilə 166 nömrəli məktəb-liseydə "Son zəng" tədbiri keçirilib. Tədbirdə Qaradağ Rayon İcra hakimiyyətinin məsul işçisi Şamama xanım Ağamuradova, məktəbin şagird heyəti və müəllim kollektivi, həmçinin valideynlər iştirak ediblər. Məzunların buraxılış tədbiri dövlət himninin səsləndirilməsi ilə başlayıb. Məzunları təbrik edən məktəbin direktoru Şəmsi Qocayev ölkədə təhsil sahəsindəki inkişafdan, aparılan islahatlardan söz açıb, məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verib. Daha sonra çıxış edən Qaradağ Rayon İcra hakimiyyətinin məsul işçisi Şamama xanım gələcəyimiz olan bu gənclərin müstəqil dövlətin vətəndaşı olaraq Azərbaycanın həyatında müstəsna xidmətlər göstərəcəklərinə inamını ifadə edib. Natiq müstəqil həyata ilk addımlarını atan məzunlara gələcək fəaliyyətində uğurlar arzulayıb. Mərasimdə məzunların və məktəblilərin hazırladıqları bədii kompozisiyalar, ifa etdikləri mahnılar və rəqslər iştirakçılar tətərəfindən maraqla qarşılanıb. Sonra məzunların sevinc və həyəcan dolu duyğularla gözlədikləri onbirillik məktəb həyatının sonuncu zəngi çalınıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi