"Uşaqlar bizim gələcəyimizdir" adlı tədbir keçirilib
Məktəb-liseyin ibtidai sinif müəllimi Sevinc Həsənovanın rəhbərlik etdiyi 1d sinfi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı "Uşaqlar bizim gələcəyimizdir" adlı tədbir keçirib. İlk öncə bu günün tarixi, ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan danışılıb. Ardınca şeirlər səsləndirilib. "Turpun nağılı" tamaşası səhnələşdirilib. Rəqs nömrələri nümayiş olunub. Tədbir "Qoy həmişə günəş olsun" mahnısı ilə yekunlaşıb.