“Hər uşaq bir çiçəkdir” devizi altında tədbir keçirilib
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəb-liseydə 1a sinfinin təqdimatında möhtəşəm tədbir keçirilib. “Hər uşaq bir çiçəkdir” devizi altında keçirilən tədbirdə məktəbin müəllim heyəti, valideynlər de iştirak ediblər. Dövlətimiz , cənab prezidentimiz İlham Əliyev tərəfindən uşaqlara göstərilən qayğıdan danışan məktəbin direktoru Şəmsi Qocayev və digər rəhbər işçilər bütün uşaqları bayram münasibətilə təbrik ediblər .
“Hər uşaq bir çiçəkdir” adlı tədbir uşaqların maraqlı kompozisiyalarının nümayişi ilə davam etdirilib . Uşaqların nümayiş etdirdikləri nağıl qəhrəmanlarının personajları, şeirlər, mahnılar, rəqslər və digər səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.