"Valideynin məktəbdə bir günü" layihəsinin növbəti tədbiri keçirilib

30 May tarixində məktəb-liseydə “Valideynin məktəbdə bir günü” layihəsi ilə bağlı növbəti tədbir keçirilib. "Valideynin məktəbdə bir günü" layihəsi valideynlərə məktəbin fəaliyyəti, tədris prosesi və sair barədə ətraflı məlumat vermək, məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı onların rəy, təkliflərini öyrənmək imkanı verir".

"Valideynin məktəbdə bir günü" layihəsi valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığını təmin edir, onlarla məktəb arasında əlaqələr yaranır.

Direktor Şəmsi Qocayev söhbət zamanı valideynlərin təşəbbüskar və daha da fəal olmağını vurğulayıb və qeyd edib ki, müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsində rolu böyükdür.

Sonra valideynlərin iştirakı ilə tədris prosesini izləmək üçün dərs müşahidələri keçirilib.

Görüş zamanı valideynlər məktəb mühiti ilə tanış olub, onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verilib. Valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilib və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Daha sonra valideynlər məktəb-liseyin həyətyanı sahəsini, futbol meydançasını, məktəb kitabxanasını gəzərək məktəblə əyani şəkildə tanış olublar. 1 İyun Beynəlxalq Uşaq günü münasibətilə keçirilən tədbirdə iştirak ediblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi