"101 il əvvəl Şərqdə bir günəs doğdu" adlı tədbir keçirilib

      27 may tarixində Respublika gününə həsr olunmuş "101 il əvvəl Şərqdə bir günəs doğdu" adlı 8o sinfinin təqdim etdiyi möhtəşəm tədbir keçirilib.

          Tədbir dövlət himninin səslənməsi ilə başlayıb Azərbaycanın müstəqilliyini əks etdirən şeirlər, mahnılarla davam etdi. Bu mövzuya həsr olunmuş rəqs nömrələri, səhnəciklər də nümayiş olundu.

     Məktəb-liseyin direktoru Şəmsi Qocayevin sözlərini yazdığı, 106 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Reyhan xanımın musiqisini bəstələdiyi “166 nömrəli məktəb-liseyin mahnı”sı səslənib. Məktəbin şagird və müəllim kollektivi də mahnını sevərək səsləndirib.

       Sonda məktəbin direktoru Şəmsi Qocayevin çıxışı ilə tədbir yekunlaşıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi