Şagirdlərimiz Fizika İnstitutuna ekskursiya ediblər
Məktəb-liseyin 8o sinif şagirdləri Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutuna ekskursiya ediblər. Görüşdə məqsəd məktəblilərin Fizika İnstitutu ilə tanışlığı, fizika elminə marağın artırılması, bilik və bacarıq səviyyəsinin yüksəldilməsi idi. Şagirdlər İnnovasiya sektorunda quraşdırılan müasir tədqiqat qurğuları və maddi texniki baza ilə tanış olublar. Sektorun rəhbəri, fizika üzrə elmlər doktoru Sədiyar Rəhimovun rəhbərliyi ilə İnstitutun professor heyəti elmi müəssisənin fəaliyyət istiqamətləri, burada aparılan tədqiqatlar, fizika sahəsində əldə olunmuş yeniliklər haqqında məlumat veriblər.