“Cahana sığmayan şair” adlı tədbir keçirilib

         03.05.2019-cu il tarixdə məktəb–liseydə böyük filosof, qüdrətli söz ustası İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar “Cahana sığmayan şair” adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər İmadəddin Nəsiminin ömür yolu və zəngin yaradıcılığından söhbət açıblar. Qeyd edilib ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla bu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi, bu gün də insanların mənəvi əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Tədbirin keçirilməsində məqsəd Nəsiminin zəngin irsini gənclərimizə çatdırmaq, klassik şairlərimizi tanıtmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi