Növbəti valideyn iclası keçirilib
Aprel ayının 30-da məktəb-liseydə yuxarı sinif şagirdlərinin valideynləri ilə növbəti görüş keçirilib. İclasda məktəb rəhbərliyi tədris ilinin yekunları və tədris ilində qarşıya çıxan problemləri valideynlərin diqqətinə çatdırıb. Şagirdlərin dərsə davamiyyəti və məktəbdə keçirilən monitorinqlərin nəticələri haqqında valideynlər məlumatlandırılıb. İclasda valideynlərlə müəllimlərin irad və təklifləri dinlənilib, tətbiq olunacaq yeni metodlar müzakirə olunub. Direktor valideynlərlə görüşlərin mütəmadi keçiriləcəyini qeyd edib.