Nəsiminin yaradıcılığına həsr olunmuş açıq dərs keçirilib

       Aprelin 25-də məktəb-liseyin müəllimi Fərqanə Qasımovanın da iştirakı ilə 8b sinfi Nəsiminin yaradıcılığına həsr olunmuş açıq dərs keçirib. Görkəmli Azərbaycan şairi və mütəfəkkiri İ. Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan bəhs edən Fərqanə Qasımova bildirib ki, şair 20 min misranı əhatə edən ədəbi irsinin əsas hissəsini ana dilində qələmə alıb. O, öz yaradıcılığında Azərbaycan xalqının arzu və istəklərini, ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm edib. Nəsimi poeziyasının Azərbaycan poetik dilinin inkişafına göstərdiyi böyük təsir barədə də danışıb. Daha sonra isə Nəsiminin yaradıcılığında kamil insan probleminə aid şeirlər dinlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi