İbtidai sinif şagirdlərinin valideynləri ilə görüş təşkil olunub

           Aprel ayının 18-də ibtidai sinif şagirdlərinin valideynləri ilə görüş təşkil olunub. Görüşdə məktəb-liseyin direktoru Şəmsi Qocayev, direktor müavini İradə Musayeva da iştirak ediblər. Görüş valideyn, şagird və müəllimlərin qarşılıqlı əməkdaşlığını inkişaf etdirmək, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq, şagirdlər üzərində nəzarətin artmasına şərait yaratmaq, hər üç tərəfin məsuliyyətinin ətraflı müzakirəsinə zəmin hazırlamaq məqsədi daşıyır. İclasda valideynlərlə müəllimlərin irad və təklifləri dinlənilib, tətbiq olunacaq yeni metodlar müzakirə olunub. Direktor valideynlərlə görüşlərin mütəmadi keçiriləcəyini qeyd edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi