Narkomanlıqla mübarizə hər birimizin vətəndaşlıq borcudur

         XX əsrin bəlalarından sayılan narkomaniya XXI əsrin də ən ağır problemləri sırasında qalmaqdadır.

     Bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə hüquq-mühafizə orqanlarının  fəaliyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dövlət başçısının, hüquq mühafizə-orqanlarının daim diqqət mərkəzindədir.

     Gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomanlığın fəsadları haqqında gənclərdə düzgün təsəvvürün formalaşması məqsədilə məktəbdə polis əməkdaşlarının da iştirakı ilə seminar keçirildi. Seminarda narkomaniyaya qarşı mübarizə işinin gücləndirilməsi, şagirdlərin sağlam həyat tərzi ruhunda tərbiyə olunmaları, psixotrop maddələrin və onların prekursorlarının insan orqanizminə zərəri, narkomalığın profilaktikası və s. kimi mövzular ətrafında ətraflı müzakirələr aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi