Elmi-praktik konfrans keçirilib

Aprelin 6-da məktəb-liseyin akt zalında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusu üzrə keçirilən referat müsabiqəsinin yekun konfransı keçirilib.

             Konfransı giriş sözü ilə 166 nömrəli məktəb-liseyin direktoru, Qaradağ rayonu üzrə müsabiqə komissiyasının sədri Şəmsi Qocayev açaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən bu müsabiqənin əhəmiyyəti və iştirakçıların qazandığı nailiyyətlər haqqında məlumat verib.

Qaradağ Rayon  İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova keçirilən müsabiqənin məqsəd və məramının gənclərimizdə Azərbaycan tarixinə, millli-mənəvi dəyərlərimizə məhəbbətlə yanaşma və tariximizi daha dərindən öyrənməyə  maraq yaradacağını vurğulayıb.

              Müsabiqədə referatları yüksək qiymətləndirilmiş 233 nömrəli tam orta məktəbin şagirdi Feyzili Şəbnəm, 294 nömrəli tam orta məktəbin şagirdi Fizzə Allahverdiyeva, 166 nömrəli məktəb-liseyin şagirdi Mədinə Məmmədova və digərləri çıxış edərək referatların tezislərini təqdim ediblər.

              Elmi-praktik konfransı Bakı Şəhəri İcra Hakimiyyətinin İctimai-Siyasi, Humanitar məsələlər və Dini Qurumlarla İş şöbəsinin müdiri Elmin İmanov yekunlaşdırıb. O, müsabiqənin yekunlarına həsr edilmiş rayon konfranslarında dinlənilən referatların şagird yaradıcılığının məhsulu kimi sevindirici nüanslarından, gənclərimizdə tariximizə məhəbbətdən danışaraq qalibləri təbrik edib.
 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi