"Sirlər Xəzinəsi" poemasının əxlaqi-tərbiyəvi cəhətləri mövzusunda tədbir keçirilib
Aprelin 3-də məktəb-liseyin kitabxanaçıları Nailə Mustafayeva və Günel Quliyeva tərəfindən dahi şair Nizami Gəncəvinin “Sirlər Xəzinəsi” poemasının əxlaqi-tərbiyəvi cəhətləri mövzusunda kiçik tədbir keçirildi. Tədbirdə sinif rəhbəri Nigar Nuriyevanın iştirakı ilə 5a sinif şagirdləri çıxış etdilər. Onlar “Sultan Səncər və qarı”, “Kərpickəsən qocanın dastanı” hekayələrini səsləndirdilər. Sonda dahi şairin misilsiz poeziyasında orta əsrlər cəmiyyətinin eybəcərlikləri ilə yanaşı, onun işıqlı və təqdirəlayiq cəhətləri şagirdlərlə birlikdə müzakirə edildi.