Novruz bayramı mövzusunda açıq dərs keçirilib

18 mart tarixində məktəb-liseyin 1sinfində müəllim Nişanə Xəlilovanın təşkilatçılığı ilə "Novruz bayramı" mövzusunda açıq dərs keçirildi. 

Dərs fəallaşma dəqiqəsi ilə başlandı, maraqlı motivasiya ilə dərsin mövzusu müəyyənləşdi, tədqiqat sualı qoyuldu. Tədqiqat kiçik qruplarla aparıldı. Dərsdə interaktiv metodlardan, İKT-dən geniş istifadə olundu.

Şagirdləri fəallaşdırmaq məqsədilə müəllim oyun və oyun situasiyalarından, əyani vəsaitlərdən istifadə etdi. Qrup liderləri böyük həvəslə tədqiqat işlərini təqdim etdilər. Dərsin sonunda qiymətləndirmə aparıldı, fəal şagirdlər rəğbətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi