“Səni kim unudar” adlı elmi-konfrans keçirilib

Martın 12-də bənzərsiz şairimiz M.Müşfiqin həyat və fəaliyyətinə həsr olunmuş “Səni kim unudar” adlı elmi-konfrans keçirilib.

Konfransda həm məktəbimizin direktoru Şəmsi Qocayev, müavinlər, həm də məktəblilər və valideynlər iştirak ediblər.

Azərbaycan dili və ədəbiyyat müəllimi Baharə Nuriyevanın idarə etdiyi konfransın gedişində M.Müşfiqin fəaliyyət göstərdiyi tarixi zaman haqqında məktəbimizin tarix müəllimi Könül Quliyeva, yaradıcılığı haqqında isə Azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Nuriyeva çıxış ediblər. Konfransın bədii hissəsində musiqi müəllimi Gülmirə Kərimova Va, Vb sinif şagirdləri ilə birgə M. Müşfiqin şeirlərinə yazılmış mahnılar səsləndiriblər.  

Ölməz şairimiz M.Müşfiqin xatirəsi bir daha yad edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi