Aşıq Ələsgərin “Dağlar” qoşmasının təhlili mövzusunda açıq dərs keçirilib

Məktəb–liseyin Azərbaycan dili və Ədəbiyyat müəllimi Fərqanə Qasımovanın VIIIb sinfində Ədəbiyyat fənnindən Aşıq Ələsgərin “Dağlar” qoşmasının təhlili mövzusunda açıq dərs keçirildi. Dərs qrup və cütlüklər şəklində keçirildi. 3 qrup da aktiv şəkildə iştirak etdi. Murov, Kəpəz və Qoşqar qrupları verilən sualları düzgün şəkildə cavablandırdılar. Mövzu ilə bağlı fikirləri izah etdilər və üslubu müəyyənləşdirdilər.

Şagirdlərin fikirləri dinlənildi, təqdimatlar olundu. Hər iki şeirin oxşar və fərqli cəhətəri müəyyən edildi, qoşmaya aid xüsusiyyətlər klaster üsulu ilə yerinə yetirildi. Qruplar yeni mövzuya aid təsvir vasitəsi olan “metafor” nümunələrini şeirdən seçdilər. Şeirdə təsvir vasitəsinin rolu müəyyənləşdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi