“Qisas qiyamətə qalmaz” adlı tədbir keçirilib

25 fevral 2019-cu il tarixdə Faiq Rəfiyev adına 166 nömrəli məktəb–liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnarə Şükürova VIIc sinif şagirdləri ilə Xocalı faciəsinin 27-ci il dönümünə həsr olunmuş “Qisas qiyamətə qalmaz” adlı tədbir keçirdi.

Tədbir vətənpərvərlik ruhda idi. Şagirdlər əsgər formasında, əllərində Azərbaycan və Türkiyə bayrağı “Əsgər marşı” mahnısı ilə səhnəyə daxil oldular. Tədbiri Gülnarə Şükürova M. Arazın “Vətən desin” şeiri ilə açıq elan etdi. Himn oxundu. Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Söz məktəbin direktoru Şəmsi Qocayevə verildi. Şəmsi müəllim eşitdiklərini deyil, canlı olaraq şahidi olduqlarından danışdı.

Tədbir “Azərbaycan əsgəriyəm” mahnısıyla sonlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi