26 fevral məktəb- liseydə ilk dərslər Xocalı soyqırımına həsr edildi

  

   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı"na əsasən fevralın 26-da məktəb-liseydə ilk dərslər Xocalı soyqırımına həsr edildi. Dərslər Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını, eləcə də düşmənə qarşı barışmazlıq hissini gücləndirmək məqsədilə müəllimlər dərs zamanı şagirdlərə Xocalı soyqırımı həqiqətləri haqqında məlumat verdilər. Şagirdlər Vətənə, topağa aid şeirlər səsləndirdikdən sonra hazırladıqları fotostendləri, guşələri nümayiş etdirdilər.

   Həmin gün məktəb rəhbərliyi və bir qrup müəllimlər faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsini ziyarət etdilər. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi