Xocalı soyqırımı abidəsinə şagirdlərin ziyarəti təşkil edilib
24 fevral tarixində məktəb–liseyin müəllimi Səbinə Həsənova VIIc sinif şagirdləri ilə birlikdə “Ana fəryadı” abidəsini ziyarət etdilər. Xocalı faciəsi zamanı vəhşicəsinə öldürülən məsum insanların xatirəsini bir dəqiqəlik sükutla yad edərək, abidə önünə qərənfillər düzdülər.