Milli qəhrəmanımız Faiq Rəfiyevin anım günü münasibətilə tədbir keçirildi

22.02.2019 - cu il tarixdə məktəb - liseydə Azərbaycanın Milli qəhrəmanı, vətənimizin bütövlüyü uğrunda qəhrəmanlıqla vuruşmuş igid vətən oğlu Faiq Qəzənfər oğlu Rəfiyevin anım günü keçirilmişdir. Tədbir  "Torpağa su qatılsa, palçıq olar, torpağa qan qatılsa, vətən olar" devizi ilə başlamışdır.

Tədbirdə məktəbimizin direktoru Şəmsi Qocayev çıxış edərək Milli qəhrəmanımızın keçdiyi həyat yolundan danışmışdır.

Onun ardınca vətənpərvər mövzuda mahnılar səsləndirilmiş, şeirlər deyilmişdir.

Qeyd edək ki, məktəb - lisey qəhrəmanımızın adını daşıyır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi