“Ana dilimizin saflığını qoruyaq” adlı tədbir keçirildi

    21 fevral məktəb- liseydə Beynəlxalq Ana dili günü münasibətilə Leyla Hacıyeva 4c sinfi ilə birgə “Ana dilimizin saflığını qoruyaq” adlı tədbir keçirdi. Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan tədbirdə çıxış edən şagirdlər Qədir Paşa Elsevər , Məmməd Araz, Bəxtiyar Vahabzadə, Tofiq Bayram və digər şairlərin şeirlərindən parçalar söylədilər, mahnılar ifa etdilər, səhnəciklər göstərdilər.

  Tədbirdə çıxış edən məktəbin direktoru Şəmsi Qocayev Azərbaycan dilinin əsrlər boyu inkişaf edərək kamil bir dil olmasından, öz gözəlliyi və şirinliyi ilə dünya dillərinə meydan oxumasından, dilimizin dünyanın ən musiqili dili adını daşımasından söz açdı.

  Sonda Beynəlxalq Ana dili ilə bağlı tədbirdə iştirak edən şagirdlər, müəllimlər xatirə şəkli çəkdirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi