"Ana dilim şirindir"

Fevral  11-dən martın 11-dək məktəb - liseydə "Azərbaycan dili və ədəbiyyatı aylığı" elan olunub. Bu aylıq çərçivəsində müxtəlif tədbirlər nəzərdə tutulub.

"Beynəlxalq Ana dili günü" bu müddətə təsadüf etdiyindən bu mövzuda tədbirlər aylıqda xüsusi yer tutur. Fevralın 20-də belə tədbirlərdən biri artıq baş tutdu. Məktəbin rus bölməsinin bütün sinifləri üzrə şagirdləri "Ana dilim şirindir" kompozisiyasını təqdim etdilər. Rus bölməsi üzrə Azərbaycan dili və müəllimləri Züleyxa Nağıyeva və Qəşəng  Əhmədxanova bu tədbirin təşəbbüskarları və təşkilatçıları idi. Tədbir maraqlı və uğurlu alındı. Tədbirdə ana dili haqqında müdriklərin və dahilərin fikirləri, şeirlər, atalar sözləri, tapmacalar və mahnılar yer almışdı.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi