Valideynin məktəbdə bir günü

21 fevral tarixində məktəb - liseydə "Valideynin məktəbdə bir günü" layihəsi çərçivəsində tədbir keçirildi.

Tədbirin keçirilməsində məqsəd valideynlərin övladlarının təhsil aldıqları məktəb ilə yaxından tanışlığını təmin etmək idi.

Əvvəlcə məktəbin direktoru Şəmsi Qocayev 2018 - 2019 - cu tədris ili üçün fəaliyyət planından danışdı və istiqamətlər üzrə görülən işlərin hesabatını verdi.

Sonra valideynlər II - IX siniflərdə təşkil edilmiş dərslərdə iştirak etdilər. Növbəti saatlarda isə kitabxana, tibb məntəqəsi və emalatxanada gəzərək məktəblə əyani şəkildə tanış oldular.

Daha sonra 21 fevral "Beynəlxalq Ana dili günü" münasibətilə keçirilən tədbirdə də iştirak etdilər.

Sonda "Dəyirmi masa" ətrafında valideynlərin məktəb mühitinə göstərə biləcəkləri tövhələrlə bağlı rəyləri, təklifləri dinlənildi və tədris prosesinin təşkilinin daha da təkminləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi