"Kiçik Akademiya" təsis edildi
21.02.2019 tarixində "Kiçik Akademiya"nın təsis edilməsi barədə iclas keçirildi. Iclasda məktəb-liseyin direktoru, müavinlər, müəllimlər, şagirdlər, valideynlər iştirak edirdilər. İclasda çıxış edən məktəb-liseyin direktoru Şəmsi Qocayev "Kiçik Akdemiya"nın yaradıcılıq və elmi, elmi - tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında yaradılan ictimai-birlik olduğunu qeyd etdi.
O, qeyd etdi ki, "Kiçik Akdemiya"nın təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı şagirdlərimizlə aparılan işlərin sistemləşdirilməsidir.
Daha sonra "Kiçik Akademiya"nın prezidenti, vitse - prezidentləri və bölmə rəhbərləri seçildi.