Mənim Ana dilim

Fevral ayının 18-i "Azərbaycan dili və ədəbiyyat aylığı" çərçivəsində məktəbimizin müəllimi Sevda Osmanova 4d sinfi ilə birgə tədbir keçirdi. Tədbir ümumilli lider Heydər Əliyevin Ana dilimiz haqqında söylədiyi gözəl nitqin səslənməsi ilə başladı. Bundan sonra şagirdlər Ana dilimiz haqqında bir-birindən gözəl şeirlər səsləndirdilər.

Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə bu ilin "Nəsimi ili" elan olunmasına əsaslanaraq, dahi şairimizin qəzəlləri şagirdlər tərəfindən səsləndirildi. Eləcə də, dahi şairlərimiz Məhəmməd Füzuli , Mirzə Ələkbər Sabir, Səməd Vurğun yaradıcılığından da şeirlər səsləndirildi.

Görkəmli şairimiz S.Vurğunun "Vaqif" dramından "Molla Pənah Vaqiflə Ağa Məhəmməd Şah Qacarın deyişməsi" səhnəsi şagirdlər tərəfindən səhnələşdirildi.

Sonda şagirdlər "Ana dilim" adlı mahnı səsləndirdilər, müxtəlif milli rəqslər nümayiş etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi