2 c sinfi idman dərsində
Məktəb-liseyin müəllimi Arifə Vəliyeva 2 c sinfi ilə idman dərsində mütəmadi oyunlar keçirir. Keçirdiyi oyunlardan ən maraqlısı ayaq izlərini müxtəlif istiqamətdə yerləşdirmək oyunudur. Bu oyun iki hissə olaraq hazırlanır. Hər hissədə addım izləri,say və istiqamət olmalıdır. Bu oyun yarış şəklində daha maraqlı keçir. Hər bir iştirakçı oyundakı ayaq izlərinə uyğun addım atmalı və cəld yerinə yetirməlidir. Kim tez və düzgün oyunu başa vurarsa həmin iştirakçı qalib sayılır. Oyun başqa iştirakçılarla davam etdirilir.