Şəhidlər xiyabanına ziyarət

13 yanvar tarixin  “ Qanlı Yanvar” faciəsinin 29 -cu ildönümü ərəfəsində məktəb-liseyin şagirdlərinin Şəhidlər xiyabanına ziyarət  təşkil olundu.

    Ziyarət zamanı məktəbin müəllimləri Şəfayət Şərifova , Ruhiyyə Heydərova, Sahibə Nəsirova, Könül Hüseynova,Sədiqə Dadaşova şagirdlərə 20 Yanvar faciəsi barəsində dolğun məlumat verib, xalqımızın şərəf salnaməsi olan bu şanlı tarixi unutmamağa çağırıblar.

  Vurğulanıb ki, 20 Yanvar faciəsi xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək. Vətənimizin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsi qəlblərdə əbədi yaşayacaq.

    Sonda müəllim və şagirdlər xalqımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad edərək şəhidlərin məzarları üzərinə tər qərənfillər düzdülər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi