IV d sinfində “Yoluxucu xəstəliklər” mövzusunda açıq dərs keçirildi

 

   9 yanvar tarixində məktəb-liseydə  Sevda Osmanova  IV d sinfində “Yoluxucu xəstəliklər” mövzusunda açıq dərs keçirdi.

   Dərs fəallaşma dəqiqəsi ilə başladı.Yoluxucu xəstəliklər haqqında, onlardan necə qorunmaq lazım olduğu haqqında fikirlər səsləndi.

   Maraqlı və əyani motivasiya ilə müəllim şagirdləri mövzuya yönəltdi.Tədqiqat işi qruplarla aparıldı. Şagirdlər mövzu ilə bağlı reportaj hazırladı. Dərs boyunca müəllim əyani vəsaitlərdən elektron resurslardan istifadə etdi. Şagirdlərin hazırladığı təqdimata uyğun yoluxucu xəstəliklərlə bağlı slaydlar  nümayiş olundu. Məlumat mübadiləsi zamanı şagirdlər fəallıq göstərib mövzu ilə bağlı biliklərini nümayiş etdilər. Yaradıcı tətbiqetmə mərhələsində dərsdə yoluxucu xəstəliklə bağlı əldə etdikləri bilik və bacarıqları göstərdilər. Dərsdə fəallıq göstərən qruplar meyarlara əsasən qiymətləndirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi