Riyaziyyat aylığının yekunu ilə bağlı elmi- praktik konfrans və sərgi keçirildi
3 yanvar tarixində məktəb- liseydə riyaziyyat aylığının yekunu ilə bağlı elmi-konfrans keçirildi. Konfransda müxtəlif elmi mühazirələr müzakirə olundu.
Məktəbimizin fizika və riyaziyyat müəllimləri Elgiz Abbasov “Həndəsə məsələlərin həllində şəkillərin rolu,” Ülviyyə Eyvazovanın “ Fizikanın bədii nümunələrlə təsviri “, Gülər İsmayılovanın ”Fizikanın təbiət elmləri ilə əlaqəsi”, XI a sinif şagirdi Nağıyeva Gülnarın ”Alternativ enerji mənbələrindən istifadə” kimi məruzələri fənnin əhəmiyyətindən, digər fənlərlə inteqrasiyasından bəhs olunurdu. ”Şirin Riyaziyyat” adlanan şirniyyat sərgisində müxtəlif siniflərin hazırladığı şirniyyat nümunələrində riyaziyyat və fizika fənləri riyazi ifadələrlə əksini tapmışdı. VI-VIII siniflər sərgidə daha fəal iştirak etdilər. Müxtəlif fəza fiqurları şəklində şirniyyatlar, onların üzərində riyazi düsturlar, müstəvi fiqurları şagirdlər tərəfindən təqdim olundu. Hər bir sinif öz şirniyyatındakı riyazi məlumatları qısa şəkildə təqdim etdi. Bu da böyük marağa səbəb oldu. Tədbir maraqlı və yaddaqalan oldu.