“Azərbaycan ХII-XII əsrin əvvələri” mövzusunda açıq dərs
Məktəb-liseyin tarix müəllimi Könül Quliyeva 26 dekabr tarixində 7c sinfində “Azərbaycan ХII-XII əsrin əvvələri” mövzusunda açıq ders keçirdi. Dərs zamanı proyekter, xəritə, dərslik və sair kimi resurslardan və Venn diaqramı, BİBÖ, Beyin həmləsi kimi iş üsulundan istifadə edildi. Ümumi tarix , riyaziyyat,ədəbiyyat fənlərinə inteqrasiya olundu.
Dərsin əvvəlində motivasiya şəkillər üzərində aparıldı. Motivasiyaya əsasən dərsin mövzusu elan olundu. Yeni dərs keçmiş dərslə əlaqəli olduğu üçün BİBÖ və Klaster üsulundan istifadə edilib, sinif sual- cavab olundu.
Dərsin tədqiqat sualı elan edildi . Tədqiqat sualını araşdırmaq üçün şagirdlər qruplara bölündü. Işçi vərəqələri paylanıb , 10 dəqiqə vaxt ərzində işlərinin tamamlanması tapşırıldı. İşçi vərəqələrində Venn diaqramından, xəritədən, xoronoloji ardıcıllıqdan istifadə edildi.
Nəticə olaraq şagirdlər Eldənizlər dövlətinin hökmdarlarına dair sxem hazırladılar. Şirvanşahlar dövlətinin ХII əsrdə və Eldənizlərin XII- XIII əsrin əvvəllərində yaranması və inkişafı ilə tanış oldular. Bu dövlətlərin Azərbaycan tarixindəki (XII- XIII əsrin əvvəlləri) rolu və yerini təhlil edə bildilər.