VI siniflər arasında  “Breyn rinq”

  24 dekabr tarixində məktəb-liseydə VI siniflər arasında  “Breyn rinq” adlı yarış keçirildi. Yarışda riyaziyyat, fizika və informatika fənlərinə aid tərtib olunmuş  suallar həm yazılı, həm də şifahi formada idi. Şagirdlər əvvəlcə qruplara ayrılmışdı. Hər bir qrupda bir sinifdən şagird vardı.

  Qruplara “Nyuton”, “Paskal”, “B. Qeyts”, “Pifaqor” və “Tusi” adı verilmişdir. Qruplarda şagirlər növbə ilə cavab verirdilər. Hər sinifdən bir şagird seçməkdə  məqsədimiz  siniflər arasında şagirlərin həmrəy , kollektiv şəkildə işləmək bacarığını nümayiş etdirmək idi.

    Əvvəlcə yarışda riyaziyyatdan 10 sual, daha sonar  informatika və fizikadan 12 sual verilməklə yarış keçirildi.Suallar çətinlik dərəcəsinə görə 5 və 10 balla qiymətləndirildi.

    Sonda ballar toplanaraq qalib komanda elan olundu. Qalib “Nyuton “ komandası oldu. Yarışda fənn müəllimləri ilə yanaşı, direktor müavinləri də iştirak edirdi.

     Yarış 60 dəqiqə ərzində elektron lövhədə keçirildi.Ekranda suallar şagirdlərə göstərildi.Bu da sualların şagirdlər tərəfindən tez cavablandırılmasına kömək edirdi.

     Ümumiyyətlə yarış çox maraqlı keçdi.Şagirdlər aktiv iştirak etdilər ,sualları tez,  düzgün cavablandırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi