“Biz Lütfi Zadənin davamçılarıyıq!!!” adlı təqdimat

 

  21 dekabr 166 nömrəli məktəb-liseydə fizika müəllimi Ülviyyə Eyvazova VIII b sinfi ilə birlikdə “Biz Lütfi- Zadənin davamçılarıyıq!!!” adlı təqdimat keçirtdi.

  Riyaziyyat-Fizika aylığında keçirilən bu təqdimatda Lütfi- Zadənin həyat və yaradıcılığı işıqlandırıldı. Bir-birindən maraqlı slaydlarda dahi alimin nəzəriyyələri və elmi kəşflərindən bəhs edilirdi.

 “ Biz Lütfi -Zadənin davamçılarıyıq !!!” şüarı ilə çıxış edən şagirdlər alimin müasir dövrdə son texnologiyaların inkişafını sürətləndirən qurğulardan dünyaya səs salan nəzəriyyələrdən bəhs etdilər. İdeaları ilə dünya elmini zənginləşdirən ixtiraları, nəzəriyyələri, axtarışları və yenilikləri ilə hamını heyrətə gətirən boyük alimin gördüyü  işləri işıqlandırmağa çalışan fizika müəllimi Lütfi - Zadənin “Təəssüratlar nəzəriyyəsi”, ”Fəza vəziyyətləri nəzəriyyəsi”, “Sözlə hesablama nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi elmi kəşfləri şagirdlərə məlumat verdi.

  Hazırda Yaponiyanın “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”, “Nissan”, “Honda” və digər nüfuzlu şirkətləri “Qeyri - səlis məntiq nəzəriyyəsinə” əsaslanan foto və videokameralar, paltaryuyan maşınlar, vaakum kimyəvi təmizliyiciləri istehsalında avtomobillərin, qatarların idarə olunması haqqında məlumatlar şagirdlərin Lütfi- Zadə yaradıcılığına aid biliklərini daha da zənginləşdirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi