“Nə qədər çox, nə qədər az” mövzusunda nümunəvi dərs
19 dekabr tarixində Riyaziyyat aylığı çərçivəsində 166 nömrəli məktəb-liseyin I e sinfində Xəlilova Nişanə tərəfindən “Nə qədər çox, nə qədər az” mövzusunda nümunəvi dərs keçirildi.
Dərs fəallaşma dəqiqəsi ilə başlandı. Riyaziyyatın həyatımızdakı rolundan fikirlər söyləndi.
Maraqlı motivasiya ilə müəllim şagirdləri mövzuya yönəltdi. Tədqiqat işi cütlərlə aparıldı. Dərs boyunca müəllim əyani vəsaitlərdən , elektron resurslardan istifadə etdi. Şagirdləri fəallaşdırmaq üçün müəllim müxtəlif interaktiv metodlardan , oyunlardan istifadə etdi.Məlumat mübadiləsi zamanı şagirdlər fəallıq göstərir , böyük həvəslə tapşırıqların həlli yolunu izah edirdilər.
Yaradıcı tətbiqetmə zamanı şagirlər dərsdə əldə etdikləri bilik və bacarığını nümayiş etdirdilər. Dərs fəallıq göstərən şagirlərin qiymətləndirilməsi ilə başa çatdı.