“Azərbaycanın ədəbiyyat dünyası” mövzusunda açıq dərs
18 dekabr tarixində məktəb-liseydə ingilis dili müəllimi Rəhilə Zeynalova rus bölməsinin X ç sinif şagirdləri ilə birgə “Azərbaycanın ədəbiyyat dünyası” mövzusunda açıq dərs keçirdi. Müəllim klassik və modern şairlərin həyat və yaradıcılığına müraciət etmişdi. Şagirdlər Bəxtiyar Vahabzadə, Səməd Vurğun , Xurşidbanu Natəvan, Nizami Gəncəvi , Məhəmməd Füzuli və sair kimi şairlərin şeirlərini səsləndirdilər. Şair və yazıçıların həyat və yaradıcılığı haqqında təqdimatlar dinlənildi.Həmin şairlərin şeirləri həm Azərbaycan, həm də ingilis dilində şagirdlər tərəfindən söylənildi.
Müəllim Qarabağ şairlərinə xüsusi yer ayırdı və özü onlar haqqında məlumat verdi, müasir həyatla əlaqələndirdi.
Daha sonra Nizami Gəncəvinin “Sənsiz “ qəzəlinə yazılmış romansı, məşhur “Füzuli kontatası” səsləndirildi.
Dərsin sonunda xalq şairi Səməd Vurğunun”Azərbaycan” şeirinə bəstələnmiş mahnısı şagirdlər tərəfindən səsləndi.
Dərsin gedişində kompüter və elektron lövhədən istifadə olundu.
Müəllim qiymətləndirmə meyarlarından düzgün istifadə etdi və açıq dərs çox maraqlı və yaddaqalan keçdi.