Fizika fənni üzrə açıq dərs

   Məktəb-liseyin fizika müəllimi İsmayılova Gülər  13 dekabr tarixində 7 c sinfində “ Sürtünmə qüvvəsi” mövzusunda açıq  dərs keçirdi.

   Şagirdlər əvvəlcə qruplara bölündü. Qruplar “Dinomometr”, “Qüvvə”, “Sürtünmə”, Nyuton” adlandırıldı. Sürtünmə qüvvəsi ikinci fəslin son mövzusu olduğuna görə əvvəlcə bütün siniflə sual-cavab olundu. Motivasiya şəkillər üzərində aparıldı. Verilən cavablara əsasən dərsin mövzusu elan olundu. Video çarxın nümayişindən sonra şagirdlər dartı və sürtünmə qüvvələrinin qarşılıqlı qiymətindən asılı olaraq cismin necə hərəkət etdiyini, sürtünmə qüvvəsinin növlərini, diyirlənmə sürtünmə qüvvələrini araşdırdı.

 Sonra əlavə olaraq test və şəkil üzərində i işlədilər. Ev tapşırığı kimi “Sürtünmə qüvvəsinin  terxnikada və gündəlik həyatda rolu “ mövzusunda esse yazmaq tapşırıldı.

  Dərsin gedişində müəllim təlimin müasir forma və üsullarından, təlim texnologiyalarınadan lazımı qədər istifadə etdi və tətbiqinə yer verdi. Bu da şagirdlərin mövzunu daha canlı və aydın mənimsəməsinə səbəb oldu.

  Motivasiyanın  müasir həyatla uzlaşması və əlaqələndirilməsi, dərsin gedişinə müsbət təsir göstərdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi